Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Türk 2024-cü ildə İranda ən azı 901 nəfərin edam edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
O, vəziyyəti son dərəcə narahatedici adlandırıb və bildirib ki, dekabrda cəmi bir həftə ərzində İranda 40-a yaxın şəxs edam edilib.
"İranda edam hökmlərinin sayı ildən-ilə artır. Tehranın bu edam dalğasına son qoymasının vaxtı çatıb", - Volker Türk bəyan edib.
BMT-nin məlumatına görə, ötən il İranda edamların əksəriyyəti narkotik cinayətləri və qətllərlə bağlı olub. Bununla belə, edam edilənlər arasında 2022-ci il ümummilli etiraz aksiyaları ilə əlaqəli vətəndaşlar da var.
Qeyd edək ki, İran dünyada ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yerdədir.
"İranda edamlar" teqi üzrə xəbərlər
- İranda siyasi məhbus: "Hər dörd saatdan bir edamın şahidi oluruq"
- 2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib
- Borumənd Fondu: "İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib"
- İranda edama məhkum edilmiş məşhur reper azadlığa buraxıldı
- İranda məhbuslar 43 həftədir aclıq aksiyası keçirirlər
Rəylər