Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BMT Baş Assambleyası müqəddəs kitabların təhqirini pisləyən qətnamə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib. Bu qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab edilir.
“Report” xəbər verir ki, bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.
Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT dövlətləri dini zəmində insanlara qarşı hücumları, habelə onların dini rəmzlərinə, müqəddəs kitablarına, evlərinə, müəssisələrinə, əmlaklarına, məktəblərinə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş oxşar hərəkətləri beynəlxalq hüquq normalarının pozulması hesab edib, belə halları qətiyyətlə pisləyiblər.
P.Kubiyak qeyd edib ki, İspaniya qətnamədən beynəlxalq hüququn pozulması ilə bağlı sözlərin çıxarılmasını təklif edib, lakin digər ölkələr bu təklifi rədd edib:
“Qətnamə konsensusla təsdiq edilib. İlk dəfə olaraq BMT qətnamələrinin mətninə dini simvollara və müqəddəs kitablara ayrıca istinad daxil edilib”.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
- Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"