Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

BMT Baş katibi dünyada atəşkəsə mane olan problemləri sadaladı - VİDEO
Birləşmiş Millətlər Təşkilatınin (BMT) Baş katibi Antonio Quterreş dünyada atəşkəsə mane olan problemlərdən danışıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə o təşkilatın ilk iclasının 75 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Quterreş 2021-ci ildə dünyadakı bütün qarşıdurmalarda atəşkəsə çağırıb və əsas diqqətin pandemiya ilə mübarizəyə yönəldilməli olduğunu deyib:
“Həqiqət budur ki, sülhə və qlobal atəşkəsə doğru yolumuzda iki əsas çətinlik var. Birincisi etimadın olmamasıdır. İnamın olmaması insanların birləşməsinə, danışıqlara getməsinə və münaqişəni dayandırmasına maneədir. İkincisi isə dağıdıcı qüvvələrdir”.
Onun sözlərinə görə, bu gün dünyada baş verən silahlı qarşıdurmaların çoxu daxili ziddiyyətlərdir:
“Tərəflərin razılığa gəlmə qabiliyyətinə xələl gətirən bu cür dövlət müdaxiləsinin dayandırılmasını təmin etməliyik. Bu səbəbdən də Təhlükəsizlik Şurasının birliyi çox vacibdir. Ona görə böyük güclərin fikir ayrılıqlarını aradan qaldırması və beynəlxalq vəziyyətdə vahid qayda yaratmaq üçün birlikdə işləyə bilməsi çox vacibdir”.

"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
- BMT dünyanın ən xoşbəxt ölkəsinin adını açıqlayıb
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar