Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

BMT rəsmisi: “İranda insan haqlarının acınacaqlı vəziyyəti bizi narahat edir” - FOTO
“İranın hüquqi və siyasi strukturunda köklü qüsurlar olduğundan demokratiya və islahat prosesləri uğursuzluğa düçar olub”.
Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan hüquqlarının əhəmiyyətli dərəcədə pisləşməsindən narahatlığını bildirərək deyib.
Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Cavid Rəhman dünən BMT-nin Baş Assambleyasının Üçüncü Komitəsinə İranda insan haqları barədə təqdim etdiyi hesabatda etirazçıların zorakılıq tətbiq edilməsi, onların özbaşına həbs edilməsi, işgəncələrə məruz qalması və məhkum edilməsinə toxunub.
“2023-cü ildən bu günə qədər ölkədə ən azı 419 nəfər edam olunub. İranda qadınların hüquqi vəziyyəti ürəkaçan deyil. Hicaba etiraz edənlər ağır cəzalarla üzləşirlər. İran qadınları cinsi aparteidə və ayrı-seçkiliyə məruz qalırlar”, - deyə o qeyd edib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
- Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"