Mərkəzi Afrika Respublikasında BMT-nin sülhməramlı qüvvələrində Ruandadan olan hərbçi bir yerdə xidmət etdiyi dörd əsgəri öldürüb. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Ruandanın Müdafiə Nazirliyi hadisədən sonra hərbçinin özünü öldürdüyünü bildirib.
Həlak olmuş dörd əsgərlə yanaşı daha səkkiz əsgər də yaralanıb.
Hərbçilər atışmada terrorçuların əlinin olması imkanlarını araşdırır. Lakin onlar hərbçidə psixoloji problemlərin olduğunu istisna etmirlər.