Türkiyənin Bodrum vilayətində 5 nəfər girov götürülüb.
Oxu.Az xəbər verir ki, sahildə dalaşdığı şəxslərdən qaçaraq iş yerlərindən birinə daxil olan şəxs burada bıçaqla 3-ü uşaq olmaqla, 5 nəfəri girov götürüb.
Hadisə yerinə gələn polis cinayətkarı zərərsizləşdirib.
Belə ki, əvvəlcə A.S. adlı şəxslə danışıqlar aparan polis uşaqların azad olunmasına nail olub. Daha sonra isə cinayətkarın özü də saxlanılıb.