Xilasedicilər “Boeing 777” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışını sona çatdırıblar, onların bu gün axşam Xarkova yola salınacağı gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qrosman bildirib.
“Ukrayna FHN-in son məruzəsinə əsasən, meyitlərin axtarışı üzrə işlər sona çatdırılıb, hadisə yerindən 282 meyit və 87 meyit qalığı tapılıb”, deyə o Kiyevdə keçirilmiş brifinqdə bildirib.
Vladimir Qrosman əlavə edib ki, bütün meyitlər xüsusi refrijerator qatarına yüklənib:
“Orada iki bu tip qatar var və bizim məlumatımıza əsasən, bu gün yerli vaxtla 19.00-dan sonra qatarlar Xarkova yola salınacaq”, deyə baş nazirin müavini bildirib.
Rəylər