Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ölən sərnişinlərin meyitlərinin hadisə yerindən çıxarılmasına başlanılıb
Vurulan “Boeing 777” təyyarəsinin sərnişinlərinin meyitləri hadisə yerindən çıxarılmağa başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə hadisə yerindən “RİA Novosti”nin müxbiri bildirib.
Məlumata görə, Rassıpnoye və Petropavlovka kəndlərindən artıq bir neçə cəsəd çıxarılıb, hazırda Qrabovo yaşayış məntəqəsinin ərazisində olan meyitlər maşınlara yüklənir. Separatçılar meyitlərin bir hissəsini Donetsk şəhər morquna yerləşdirmək niyyətindədirlər, lakin meyitlər çox olduğundan digər şəhərləri də cəlb etmək planlaşdırılır.
Bu gün hadisə yerində Donetsk vilayətinin 50-dək məhkəmə-tibbi eksperti çalışdığı bildirilir. ATƏT nümayəndə heyəti hadisə yerinə baş çəkib. Onlar yerli sakinlər, xilasedicilər və həkimlərlə söhbət ediblər. Digər beynəlxalq təşkilatların nümayəndələri hadisə yerinə hələ ki gəlməyiblər.