Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukraynada yaraqlıların “Boeing”in vurulması barədə danışıqlarını yaydılar – VİDEO
Ukrayna təhlükəsizlik xidməti rusiyameyilli döyüşçülərin vurulmuş təyyarə ilə bağlı danışıqlarını əldə edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, danışıqlarda bir neçə terrorçu Ukraynanın şərqində vurulmuş təyyarə haqqında danışır.
16:33-də “Mayor” çağırışlı döyüşçü vurulmuş təyyarə haqqında “Yunan” çağırışlı başqa döyüşçüyə məlumat verir.
“Bu “çernuxinskilər” təyyarəni saldılar (vurdular)… Kazaklar, hansı ki Çernuxinoda dururlar. Təyyarə havada dağıldı - “Petropavlovsk” şaxtası ərazisində. Birincini “ikiyüzüncünü” tapdılar. Qadın idi”, - o məlumat verir.
40 dəqiqə sonra, 17:42-də, o təsdiq edir ki, vurulmuş təyyarə vətəndaş təyyarəsi idi:
“Daha qısası, yüz faiz mülki bortudur”. Qarşılıqlı suallar (məsələylə bağlı), çox insanlar var idi orda, müsbət cavab verir. Təyyarədə silah olub-olmadığı ilə bağlı suala cavab verir:
“Ümumiyyətlə, heç nə - mülki şeyləridir, tibbi şeylər, dəsmallar, belə, tualet kağızı”.
Həmçinin, “Mayor”un sözlərinə görə, avialaynerin qəza yerindən İndoneziyadan olan tələbənin sənədləri tapılıb, hansı ki, Tompson universitetində oxuyurdu.
Bundan başqa, yazıda Rusiya Federasiyası vətəndaşı “Bes” ləqəbli İqor Bezleranın danışıqları var. “Bes” vurulmuş təyyarə barədə Rusiya Federasiyasının Baş kəşfiyyat qərargahının polkovniki Vasiliy Qeraninə məlumat verir.
“İndicə təyyarəni vurdular. “Minera” qrupu. Yenakiyevoya düşdü… Axtarmağa və təyyarənin şəklini çəkməyə getdilər. Tüstülənir”, - deyə 16:40-da Bezler Qeraninə bildirir.
“Neçə dəqiqə əvvəl?” sualına, o cavab verdi: “Hardasa 30 dəqiqə”.
Danışıqların yazısını axşam Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko brifinqində elan edib. O təsdiq edib ki, faciə Ukraynanın ərazisində 16:20-də olub.
Xatırladaq ki, dünən Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfər ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.
