Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Boeing” İrana təyyarə satmaqdan imtina etdi
Amerikanın ən böyük təyyarə istehsalçısı olan “Boeing” şirkəti İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla bağladığı müqaviləni ləğv edib.
Oxu.Az İran KİV-ə istinadla xəbər verir ki, bununla bağlı şirkət bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Amerikanın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini nəzərə alaraq, belə bir qərar verilib: “Boeing” şirkəti bu günə qədər İrana heç bir təyyarə təhvil verməyib və bundan sonra da verməyəcək”.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, nüvə sazişinin imzalanmasından sonra İrana sərnişin və ticarət təyyarələrinin və onların ehtiyat hissələrinin satışı və xidməti üçün verilmiş lisenziya artıq ləğv edilib.
Qeyd edək ki, “Boeing” 2016-cı ildə İrana 17 milyard dollar dəyərində olan 80 sərnişin təyyarəsinin satışı üçün rəsmi Tehranla müqavilə bağlamışdı. İran həmçinin, Avropanın ən böyük təyyarə istehsalçılarından olan, mərkəzi ofisi Fransanın Tuluz şəhərində olan “Airbus” şirkətinə 100, fransız-italyan ATR şirkətinə isə 20 ədəd təyyarə sifariş vermiş və bu barədə tərəflər arasında müqavilə imzalanmışdı. Lakin həmin şirkətlər də, İrana təyyarə satmaq üçün əvvəlcə Amerika hökumətindən lisenziya almaq məcburiyyətində qalıblar.
Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
- ABŞ prokurorları Trampa mane olmağa hazırlaşırlar
- Tramp "düşmən"lərindən qisas almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Trampa seçkidə uduzan Kamala Harris məğlubiyyətdən sonra hara yoxa çıxıb? - Ağ Evdən açıqlama
Rəylər