Ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə ukraynalı Aleksandr Usik arasında keçiriləcək döyüş təxirə salınıb.
Bu barədə Fyurinin promouteri Frenk Uorren məlumat verib.
Döyüş dekabrın 23-də baş tutmalı idi.
“Döyüş dekabrda baş tutmayacaq. Taysonun bərpası və hazırlaşması üçün vaxt lazımdır”, - deyə Uorren bildirib.
Xatırladaq ki, bazar günü gecə Ər-Riyadda keçirilən on raundluq reytinq matçında Fyuri fransalı Frensis Nqannunu məğlub edib.
Mənbə: TASS
Rəylər