Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Boliviyada üç general həbs olundu
Boliviya məhkəməsi üç generalın həbsinə qərar verib.
Məlumata görə, ölkədə dövlət çevrilişinə cəhdə görə üsyançı generallar barəsində 6 aylıq həbs-qətimkan tədbiri seçilib.
"Terrorizmdə və dövlətin təhlükəsizliyinə və suverenliyinə silahlı hücumlarda şübhəli bilinən Xuan Xose Suniqa, Xuan Arnes və Edison İraola barəsində Çonçokoro həbsxanasında altı aylıq həbs-qətimkan tədbiri seçilib", - deyə rəsmi açıqlamada bildirilib.
Mənbə: "Bolivia" TV
Ən çox oxunanlar