Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda avtomobilin vurub öldürdüyü qadının kimliyi BİLİNDİ
Sumqayıtda maşın vuran piyadanın şəxsiyyəti məlum olub.
APA xəbər verir ki, 1991-ci il təvəllüdlü Aişən Ramiz qızı Qəribovanı yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil vuraraq öldürüb.
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
"Report"un yerli bürosunun xəbərinə görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.