Boliviyanın yeni seçilmiş Prezidenti Rodriqo Pas dövlət başçısı kimi and içib.
Oxu.Az xəbər verir ki, andiçmə mərasimi "Boliviya TV"də yayımlanıb.
Argentina, Paraqvay, Uruqvay, Çili və Ekvador prezidentləri - Xavyer Miley, Santyaqo Penya, Yamandu Orsi, Qabriel Boriç və Daniel Noboa andiçmə mərasimində iştirak üçün Boliviyaya səfər ediblər.
Həmçinin vitse-prezident Edmand Lara da and içib.
Xatırladaq ki, Pas oktyabrın 19-da keçirilən seçkinin ikinci turunda dövlət başçısı seçilib. Səsvermənin nəticələri keçmiş prezidentlər Evo Morales (2006-2019) və Luis Arsenin (2020-2025) təmsil olunduqları "Sosializmə doğru hərəkat" partiyasının təxminən 20 illik hakimiyyətinə son qoyub.