Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bolqarıstan İstanbul terrorunda əli olan şəxsi Türkiyəyə ekstradisiya etdi
Bolqarıstan ötən ilin noyabrında Türkiyədə, İstanbulun İstiqlal prospektində törədilən terror aktında əli olan Hazni Gölgeni Türkiyəyə ekstradisiya edib.
Həmin şəxs hücumu planlaşdıran cinayətkar Bilal Hassanın xaricə qaçmasına kömək edib.
Gölge tutulduqdan sonra Ədirnə vilayətindəki Kapıkule keçid məntəqəsindən Türkiyəyə deportasiya edilib və orada yerli polis idarəsi tərəfindən saxlanılıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində baş verən partlayış altı nəfərin həyatına son qoyub.
Mənbə: Anadolu
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər