Türkiyənin Bolu vilayətində meşə yanğını nəticəsində zərər çəkmiş ərazilər dronla görüntülənib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Görüntülərdə meşə ərazisinin böyük hissəsinin yanıb kül olduğu məyusedici kadrlar yer alıb.
Xatırladaq ki, avqustun 21-də Ankaranın Kızılcahamam rayonunun Şahinlər məhəlləsində günorta saatlarında naməlum səbəbdən otluq ərazidə yanğın baş verib. Ankara-Bolu sərhədində başlayan yanğın daha sonra Bolunun Gerede rayonundakı meşəlik əraziyə keçib. Yanğın nəticəsində çox sayda ev yanıb və çox sayda insan təxliyə edilib.