Yekun nəticələrə görə, Brexitin (Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarları - red.) lehinə 51,9 faiz səs verilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yekun nəticələri Mançestrdə Seçki Komissiyasının nümayəndəsi elan edib.
“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - o deyib.
Seçicilərin fəallığı 72,2%-dən ibarət olub.
09.45
Avropa İttifaqından (Aİ) çıxmağın tərəfdarları Britaniyada keçirilən referendumda qalib gəliblər. Seçicilərin 16,7 milyonu ölkənin ittifaqın tərkibindən çıxmasına səs veriblər.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
382 seçki dairəsindən 376-da bülletenlər sayıldıqdan sonra Brexit tərəfdarları 51,7 faiz səs yığıblar. Onların krallığın Aİ-də qalmasını istəyən opponentləri isə 48,3 faiz səs toplayıblar.
Britaniyalıların 16,7 milyonu Aİ-dən çıxmağın lehinə, 15,8 milyonu isə əleyhinə səs veriblər.