Böyük Britaniya Ali Məhkəməsi transgenderləri qadın kimi tanımaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.
Qeyd olunur ki, belə bir məsələ 2010-cu ildə qəbul edilmiş Bərabərlik Aktı ətrafında yaranan mübahisələrə görə gündəmə gəlib. Məhkəmə genderin tanınması haqqında şəhadətnaməsi olan transgenderlərin "qadın" kateqoriyasına aid edilib-edilməməsi ilə bağlı qərarını verib.
"Məhkəmənin yekdil qərarı ondan ibarətdir ki, 2010-cu ilin Bərabərlik Aktında "qadın" və "cins" terminləri bioloji qadın və bioloji cinsi nəzərdə tutur", - deyə məhkəmənin qərarında qeyd olunub.