Böyük Britaniya Avropa İttifaqının Şurasında 2017-ci ilin ikinci yarısında sədrlikdən imtina edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş nazirinin dəftərxanasından bildiriblər.
“Böyük Britaniyanın baş naziri Tereza Mey Aİ Şurasının prezidenti Donald Tuska bu qərar barədə telefon danışığında bildirib”, - dəftərxanadan deyiblər.
Cari qrafikə müvafiq olaraq Böyük Britaniya Avropa İttifaqının Şurasına 2017-ci ilin iyulun 1-dən sədrlik etməlidir.