Böyük Britaniyanın Qahirədəki səfirliyi Misir hakimiyyətinin diplomatik missiyanın mühafizəçilərini geri çağırması səbəbindən müvəqqəti bağlandığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" hesabında məlumat verilib.
"Bazar günü, avqustun 31-də Misir hakimiyyəti Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binasını mühafizə edən təhlükəsizlik qüvvələrini geri çağırmaq qərarına gəlib. Bu fonda vəziyyət dəyişənə qədər səfirlik binasının bağlanması qərara alınıb", - məlumatda deyilir.
Misir rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyiblər.