Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Böyük Britaniya qazın Avropa İttifaqına ixracını dayandıra bilər
Kəskin qaz qıtlığı yaranarsa, Böyük Britaniya onun Avropa İttifaqına (Aİ) ixracını dayandıra bilər.
Bu barədə ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlər planında qeyd edilir.
Böyük Britaniyanın qaz nəqli sistemi “Balqzand-Bakton” qaz kəməri ilə Niderlanda, “İterkonnektor” qaz kəməri ilə isə Belçikaya qoşulur. Əgər yanacaq qıtlığı yaranarsa, o zaman milli enerji şirkəti “National Grid” bu kəmərlərlə qaz nəqlini dayandırmağa məcbur olacaq. Qeyd olunur ki, Britaniya bunu etsə, enerji sahəsində beynəlxalq əməkdaşlıq tendensiyasına zərbə vuracaq.
Bu səbəbdən Avropanın qaz şirkətləri Britaniyanı Aİ ilə əməkdaşlığı pozmamağa çağırır. Aİ xəbərdarlıq edib ki, Böyük Britaniyadan qaz nəqlinin dayandırılması onun özü üçün pis nəticələnə bilər.
Mənbə: Financial Times
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Əgər Kreml atəşkəsə razılaşmasa... - Avropanın təhlükəsizliyinin qarantı kim olacaq?
- Türkiyənin sabiq xarici işlər naziri: "İşğal dövründə Ermənistana xəbərdarlıq etmişdim"
- Avropa "sivilizasiya intiharı"nın astanasındadır: ABŞ-nin vitse-prezidentindən xəbərdarlıq
- Rosen Plevneliyev: "Süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil"
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi