Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Böyük Britaniya sularında insident: ABŞ Hərbi Hava Qüvvələri üçün yanacaq daşıyan tanker zədələndi
Böyük Britaniya sahillərində konteyner gəmisi ilə toqquşmuş aviayanacaq daşıyan "Stena Immaculate" tankerini ABŞ hərbçiləri icarəyə götürüb və reaktiv yanacaq onlara məxsusdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
KİV-in məlumatına görə, tankerdə 200 min bareldən çox aviayanacaq var imiş.
"ABŞ bayrağı altında üzən gəminin sahibi "Crowley" şirkətinin məlumatına görə, "Stena Immaculate" neft tankeri 16 ayrı yük çənində 220 min barel reaktiv yanacaq daşıyırdı", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edildiyinə görə, sızmanın həcmi məlum deyil, lakin ən azı bir yanacaq çəni zədələnib.
Xatırladaq ki, ötən gün Şimal dənizində, beynəlxalq Hall limanı yaxınlığında (Böyük Britaniya) neft tankeri və yük gəmisi toqquşub.