Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Böyük Britaniya və ABŞ Yəməndə husi üsyançılarına hava zərbələri endirib - VİDEO
Böyük Britaniya Hərbi Hava Qüvvələri Yəməndə husi üsyançıları tərəfindən istifadə edilən hərbi obyektlərə zərbələr endirib.
“Böyük Britaniya hər zaman gəmiçiliyin azadlığı və ticarətin müstəqil hərəkətini müdafiə edəcək”, - deyə Britaniyanın Baş naziri Rişi Sunak bildirib.
Baş nazir Britaniya qüvvələrinin ABŞ ilə birgə hücumlarda iştirak etdiyini bildirib və atılan addımın məhdud, zəruri və özünümüdafiə məqsədi daşıdığını vurğulayıb.
Husilərə tabe olan Yəmən Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı raket hücumuna görə qisas alacaqları ilə hədələyib.
Bu barədə Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi bildirib.
Mənbə: telegraph.co
Rəylər