Böyük Britaniyada əhaliyə verilən içməli suda narkotik vasitə aşkarlanıb
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, mütəxəssislər ölkənin müxtəlif bölgələrində əhaliyə verilən içməli sudan nümunələr götürərək təhlillər aparıblar.
Evlərdəki krant sularından götürülən nümunələrin tərkibində kokain maddəsi aşkarlanıb. İngiltərə mətbuatının yazdığına görə, əhaliyə tərkibində kokain maddəsi olan içməli su verilsə də aidiyyatı qurumlar bununla bağlı heç bir xəbərdarlıq etməyib.
Mətbuatda içməli suyun tərkibində kokain maddəsinin olması ilə bağlı yayılan xəbərlər hökuməti təəccübləndirməyib. Belə ki, hökumət dəfələrlə bəyan edib ki, Böyük Britaniyada narkotik vasitələrin istifadəsi halları geniş vüsət alıb.
İngilislərin əksəriyyətinin narkotik vasitələrdən mütəmadi istifadə etməsi digər Avopa ölkələri ilə müqayisədə Böyük Britaniyada narkotik maddələrin qiymətinin aşağı olması ilə izah olunur.