Bu gün Qarabağ kanalının Ağcabədi rayonunun Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 18 yaşlı gənc suda batıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, batan şəxs Ağcabədi rayon Şixali Qurbanov küçəsində yaşayan Ceyhun Talıbovdur.
Qeyd edək ki, Ceyhun Talıbov Ağcabədi rayon 4 saylı orta məktəbin 11-ci sinif şagirdidir.
Hadisə 16:30 radələrində baş verib.
Hazırda ərazidə FHN-nin xilasediciləri axtarış əməliyyatlarını davam etdirir.