Böyük Britaniyada yeni tip koronavirusdan (COVİD-19) ölənlərin sayı 10 mini keçib.
Oxu.Az koronavirusla bağlı məlumatların onlayn olaraq daim yeniləndiyi “Worldometer”ə istinadən xəbər verir ki, son sutka ərzində krallıq ərazisində 737 yeni ölüm halı qeydə alınıb.
Bununla da ümumi ölənlərin sayı 10 612 nəfərə çatıb.
Həmçinin son sutka ərzində 5288 nəfərdə virusa yoluxma aşkarlanıb və ümumi yoluxma sayı 84279 olub.
Xəstəlikdən isə cəmi 344 nəfər sağalıb.