Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Böyük Britaniyada təyyarə qəzaya uğrayıb: Ölənlər var
Böyük Britaniyanın şimalında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Yorkşir qraflığının polisi məlumat verib.
Məlumata əsasən, pilot və sərnişin kənd ərazisində təyyarənin yerə çırpılması nəticəsində həlak olublar.
"İkiyerli, kiçik mühərrikli təyyarə qəzaya uğrayaraq tarlaya düşüb. Təəssüf ki, təyyarədə olan 20-30 yaşlarında iki kişi - pilot və sərnişin həlak olub", - polisin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Ekrandakı monarx: III Çarlz sənədli filmdə baş rolu oynayacaq
- Fransız buldoqu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək etdi
- Şahzadə Diananın qardaşı qızları jurnalın üz qabığı üçün çəkildilər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Ən çox oxunanlar
Rəylər