Rusiyada baş verən qorxunc hadisə kameralarla qeydə alınıb.
Belə ki, binanın damından böyük bir sırsıra həyətdə oynayan üç yaşlarında uşağın başına düşüb. Qorxunc hadisə Yekaterinburqda qeydə alınıb.
Kadrlardan görünür ki, buz parçası uşağın boyundan böyük olub.
Yoldan keçən insanlar bunu görərək uşağın valideynlərini tapıblar və o, təcili yardımla xəstəxanaya aparılıb.
Həkimlərin sözlərinə görə, uşaq qapalı kəllə-beyin travması alıb.
Böyük buz parçası həyətdə oynayan uşağın başına düşdü: Rusiyadan qorxunc görüntülər - VİDEO
Mənbə: “Pul3” “Telegram” kanalı
Rəylər