Braziliya həbsxanalarının birində qiyam baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məhkumlar girov götürüblər.
Hüquq-mühafizə orqanı əməkdaşları müttəhimlərlə danışıqlar aparırlar.
Qiyamın təşəbbüskarçıları döşəkləri yandırıb, daha sonra məhkumlar içərisindən girov götürərək dama qalxıblar. Bıçaq və itilənmiş ağac dəyənəklərlə silahlanmış cinayətkarlar öz əsirlərini damdan atmaqla hədələyirlər.