Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Braziliya OPEC+ üzvü olur
Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulacaq.
Qeyd olunur ki, qərar hələ alyansın 2023-cü il noyabrın 30-da keçirilən iclasından sonra verilib.
Maraqlıdır ki, daha əvvəl Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirmişdi ki, ölkə OPEC+da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq.
OPEC+ isə hələlik Braziliyanın alyansın Əməkdaşlıq Xartiyasında iştirak edəcəyi şərtlərlə bağlı təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, hazırda alyansa 23 ölkə, o cümlədən ən böyük istehsalçılar - Rusiya və Səudiyyə Ərəbistanı daxildir.
OPEC-in məlumatlarına görə, Braziliya 2022-ci ildə gündəlik 3,022 milyon barel hasilatı ilə dünyanın yeddinci ən böyük neft istehsalçısı olub.
Mənbə: TASS
"Braziliya" teqi üzrə xəbərlər
- AZAL-ın təyyarəsinin "qara qutu"ları yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirildi
- Braziliya prezidentinə sui-qəsd təhlükəsi: Araşdırmalara başlanıldı
- Braziliyada torpaq sürüşməsi: Ölənlər var
- Braziliyada təyyarə qəzası: Ölən və yaralananlar var
- "Qara qutu" Azərbaycan, Rusiya və Qazaxıstan mütəxəssislərinin iştirakı ilə açılacaq
Rəylər