"Beynəlxalq ictimaiyyət Karib dənizi və Venesuelada münaqişənin qarşısını almalıdır".
Oxu.Az xəbər verir ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva bunu 23 noyabrda Cənubi Afrikada keçirilən İyirmilik Qrupunun (G20) sammitindən sonra mətbuat konfransında bildirib.
Onun çıxışını Cənubi Afrika televiziya kanalı "SABC News" yayımlayıb.
"Rusiya ilə Ukrayna arasında münaqişəyə səbəb olan eyni səhvi təkrarlamamalıyıq", - deyə dövlət başçısı qeyd edib.
Braziliya lideri həmçinin Karib dənizində ABŞ hərbi mövcudluğundan narahatlığını ifadə edib. Lula da Silva qeyd edib ki, vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə etmək istəyir.