Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Braziliyada AZAL təyyarəsinin qara qutuları araşdırılır
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan və Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin "Embraer 190" təyyarəsinin qara qutuları Braziliyaya çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı yazır.
Məlumata görə, ekspertlər artıq qeydiyyat qurğularından alınan məlumatları tədqiq etməyə başlayıblar. Proses Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir.
Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları qara qutulardan çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək.
Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də Braziliyadadır.
Nəşrin məlumatına görə, CENIPA mütəxəssisləri tədqiq olunan vəziyyəti simulyasiya etmək və nəticə çıxarmaq üçün kompüter texnologiyasından istifadə edəcəklər. Onlar yekun təhqiqat hesabatına daxil ediləcək ki, bu hesabatın dərci Qazaxıstanın üzərinə düşür.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır