Hərbi diktaturanın qaytarılmasını tələb edən onlarla etirazçı Braziliya Parlamentinin aşağı palatasının binasına daxil olub.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Etiraz aksiyasının ən azı 40 iştirakçısı mühafizəçiləri sıxışdıraraq, şüşə qapını sındırıb və deputatlar palatasının tribunasını zəbt edib. Onlar hökuməti korrupsiyada ittiham edərək, 1964-cü ildən 1985-ci ilə qədər qurulmuş hərbi diktaturanın qaytarılmasını tələb ediblər.
Etirazçılar “Generalı gətirin!” şüarını səsləndirərək milli himni oxuyublar.
Polis mühasirəyə və aksiya iştirakçılarının saxlanılmasına üç saat vaxt sərf edib.
Son zamanlar Braziliya prezident Russefin impiçmentinə görə, siyasi böhran keçirir. Ölkədə maaşların ödənilmədiyinə görə fəhlələrin nümayişləri keçirilir.
N.O.
www.oxu.az