Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən karnaval zamanı rəqs zalının platforması uçub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report “İnterfax”a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Yerli hakimiyyət orqanları xəsarət alanlardan 5-nin xəstəxanaya yerləşdirildiyini bildirib. Məlumata görə, onlardan birinin vəziyyətinin ağırdır.
Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.
N.O.