Birləşmiş Krallıqda zorlama və uşaqlara qarşı törədilmiş cinsi təcavüz edən məhkumlar yeni hazırlanan erkən azad olunma proqramından faydalana bilməyəcəklər.
Oxu.Az "Independent" nəşrinə istinadla bildirir ki, müvafiq qərarla bağlı ölkənin yeni Baş naziri Endi Börnhem açıqlama verib.
Nazir bildirib ki, zorlama, uşaqlara qarşı ağır cinsi təcavüz və yetkinlik yaşına çatmayanları yoldan çıxarma kimi cinayətlərə görə həbs edilənlər bu yeniliklərdən kənarda tutulacaqlar.
Məlumata əsasən, Börnhem həbsdən çıxan cinayətkarlara nəzarət tədbirlərinin, xüsusən də onların yerdəyişməsini izləmək məqsədilə GPS-izləmə sisteminin tətbiqinin genişləndiriləcəyini bəyan edib. Eyni zamanda, baş nazir bu qadağa siyahısına daxil edilən istisnaların sayını daha da artırmaq niyyətində olduğunu vurğulayıb.