Bedford şəhərinin həbsxanasında yaranan vəziyyət “uğurla həll edilib”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, məhbusların qiyamı bazar ertəsi Londonun şimalında Bedforşir qraflığının administrativ mərkəzi – Bedford şəhərində baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
“Bedford”da 500-ə yaxın məhbus var. Bedforşir qraflığının polisi “Twitter” mikrobloqunda həbsxana və polis əməkdaşları arasında xəsarət alanların olmadığını bildirib.
N.O.
www.oxu.az