Bukinqem sarayının nümayəndəsi təcili iclasın Böyük Britaniyanın kral evinin təşəbbüsü ilə keçirildiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, onun sözlərini Associated Press agentliyi sitat gətirib.
“Kral evi təcili iclas çağırıb, amma narahatlığa əsas yoxdur”, - Britaniyanın monarx evinin nümayəndəsi bildirib.
Xatırladaq ki, daha öncə Britaniyanın bütün kral iqamətgahlarının əməkdaşlarına xüsusi iclasın keçirilməsi üçün təcili surətdə Londona gəlməyə dair göstəriş verildiyi məlum olmuşdu. Bu məlumat sadə britaniyalılar arasında narahatlıq yaradıb, onlar bu iclasın kraliça II Yelizavetanın səhhətinin pisləşməsi ilə əlaqədar ola biləcəyini düşünüblər.
N.О.
www.oxu.az