Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Britaniya Müdafiə Nazirliyi "McLaren"lə müqaviləni ləğv etdi
Böyük Britaniyanın Müdafiə Nazirliyi avtoyarış şirkəti "McLaren" ilə 5 milyon funt sterlinq (6.2 milyon dollar) dəyərində müqaviləni ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Qəzetin məlumatına görə, müqavilə çərçivəsində nazirliyin emblemi "McLaren-in Extreme E" yolsuzluq elektromobillərinin suçiləyicilərini bəzəyir, nazirliyin əməkdaşları yarışlara pulsuz biletlər alırdı.
Müqavilə, həmçinin "McLaren" şirkətinin hərbçilərə döyüş meydanı üçün elektrik avtomobilləri hazırlamaqda yardımını nəzərdə tuturdu.
Deyilənlərə görə, yeni müdafiə naziri Con Heyli nazirliyin vəsaitlərinin "Woke Formula" adlandırılan yarışlara xərcləndiyini görəndə "nitqi quruyub".
Yarışlar 2021-ci ildə başladılsa da, planlaşdırılan on yarışdan dördü baş tutandan sonra ləğv edilib.
"Avto-moto" teqi üzrə xəbərlər
- Tramp BMW-yə qarşı: Avtomobil nəhəngi zərərləri hesablayır
- Dünyanın ən nadir "Ferrari"lərindən biri satışa çıxarılacaq
- Avtomobil salonunu TOZDAN birdəfəlik qorumağın sirri - Mütəxəssisdən tövsiyələr
- Bərkimiş təkəri necə açmaq olar? - 6 sadə ÜSUL
- "Avtousta" - Təmirinin mümkünsüz olduğu deyilən elektromobillər: HƏQİQƏTLƏR və MİFLƏR