“Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik”.
Bunu Füzuli rayonunun Şükürbəyli kəndinə yollanan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.
Səfərlə bağlı özünün “Twitter” hesabında paylaşım edən diplomat ölkəsinin bu regionun minalardan təmizlənməsinə verdiyi dəstəyin artıq milyon funt-sterlinqdən çox olduğunu vurğulayıb.
“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik”, - deyə C.Şarp qeyd edib.
Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. 🇬🇧🇦🇿 əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik.
— James Sharp (@JamesSharpFCDO) August 1, 2022
Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur. pic.twitter.com/BBakWnacSC