Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzi kibermühafizə və məlumatların təhlükəsizliyinin təmini sahəsində mütəxəssislər hazırlamaq üçün altı universitetə akkreditasiya verib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, akkreditə olunmuş təhsil müəssisələri siyahısında Oksford, Lankaster, London və Edinburq universitetləri yer alıblar.
Həmçinin, Krenfildsk Universitetinə ilkin akkreditasiya verilib. Orada informasiya təhlükəsizliyi və kibermühafizə üzrə kursların keçirilməsinə icazə verilib.