Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britaniyada 12 yaşdan yuxarı yeniyetmələrin vaksinasiyasına başlanılır
Böyük Britaniya hökuməti yerli həkimlərin 12-15 yaş arası sağlam uşaqları koronavirusa qarşı tək doza “Pfizer/BioNTech” ilə peyvənd etmələri ilə bağlı tövsiyəsini dəstəkləyib. Bu barədə peyvənd məsələləri üzrə nazir Nadim Zahavi bəyan edib.
Nazir səlahiyyətlilərin bu ideyanın vaksinasiya proqramının digər mərhələlərində olduğu kimi təcili olaraq həyata keçirilməsinə başlanacağını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ, Danimarka, Avstraliya, Ukrayna, Yunanıstan, Yaponiya və s. ölkələrdə 12-yaşda yuxarı yeniyetmələrin koronavirusa qarşı peyvənd vurdurması dəstəklənmişdi.
Mənbə: “Sky News”
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər