Ana və qız eyni gündə iki müxtəlif milli gözəllik müsabiqəsinin finalına çıxıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə The Daily Mail xəbər verir.
53 yaşlı Kaşa Qrims (Kasha Grimes) ailəli xanımlar üçün Mrs Galaxy UK müsabiqəsində ikinci yeri, 16 yaşlı Mişa Qrims (Misha Grimes) isə yeniyetmə qızların Miss Teen Galaxy UK müsabiqəsində üçüncü yeri tutub.
Nəşrin qeyd etdiyi kimi Kaşa ondan yaşca 30 və daha çox kiçik olan müsabiqə iştirakçılarını geridə qoymağa müvəffəq olub (evli xanımlar üçün müsabiqədə müxtəlif yaş kateqoriyalarına məxsus qadınlar işirak edir). O, Mrs Galaxy UK müsabiqəsinin yaşca ən böyük iştirakçısı olub.
Mişa Qrims, öz növbəsində özündən yaşca böyük iştirakçıları geridə qoyub. Miss Teen Galaxy UK müsabiqəsi, onun iştirak etdiyi sayca beşinci müsabiqə olub. Mişa bildirib ki, gələcəkdə Böyük Britaniyanı “Miss Kainat” müsabiqəsində təmsil etməyi arzuladığını bildirib.
Mrs Galaxy UK və Miss Teen Galaxy UK müsabiqələri Böyük Britaniyada 2008-ci ildən keçirilir. Bu müsabiqələrlə yanaşı qızlar üçün Junior Miss Galaxy və ailəli olmayan qadınlar üçün Miss Galaxy müsabiqələri keçirilir.
www.oxu.az