Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar ayında 712,3 min ton neft hasil edib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 0,5% azdır.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
2015-ci ilin yanvar ayında Azərbaycan üzrə neft hasilatı 3 mln. 667,6 min ton təşkil edib, bu isə ötən ilin yanvar ayının göstəricisindən 0,7% çoxdur.
Qeyd edək ki, yola saldığımız ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 milyon ton təşkil edib ki, bunun da 8 milyon 402,5 min tonu SOCAR-ın payına düşüb.