ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta öz hörmətini ifadə etmək və Azərbaycanın qəhrəmanları haqqında öyrənmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.
Xatırladaq ki, Robert Sekuta ötən ilin dekabrında Azərbaycana səfir təyin edilib. 2015-ci il fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib.
Bundan əvvəl ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsini Riçard Morninqstar tuturdu.