Mehmanxanada qadına hücum edən, onun göz almacığını və üzünün bir hissəsini yeyən hannibal polis əməkdaşları tərəfindən öldürülüb. Qurban aldığı zədələrdən həlak olub.
Dəhşətli hadisə cənubi Uelsdə Sirhowy Arms Hotel otelində baş verib.
Otelin əməkdaşları, 34 yaşlı Metyu Uilyams 22 yaşlı qızı güclə öz nömrəsinə apardıqdan sonra, polis çağırıblar, Oxu.Az Metro-ya istinadən xəbər verir.
Hadisə yerinə gələn asayiş keşikçiləri qapını sındırmalı və hannibala qarşı elektroşoker tətbiq etməli olublar. Nömrədə qarşılaşdıqları səhnə onları şoka salıb. Hannibal qurbanının üzünün bir hissəsini və bir gözünü yeyib. Qadın özünə gəlmədən dünyasını dəyişib.
Hadisə yerinə gələn tibb işçiləri saxlanılan cinayətkara ilkin tibbi yardım göstərsələr də o, aldığı cərəyan zərbəsindən ölüb.
Hüquq mühafizəçiləri cinayətkarın kimliyini müəyyənləşdiriblər. O, kriminal dairələrdə Fifi ləqəbi ilə məşhur idi, o bu yaxınlarda beş illik həbs cəzasının yarısını çəkərək həbsxanadan çıxıb. O, tanışına vəhşicəsinə hücum etdiyi üçün beş il müddətinə azadlıqdan məhrum edilmişdi.