Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Britaniyada qadınlara qarşı ayrı-seçkilik terrorizm və ekstremizm sayılacaq
Britaniya hakimiyyət orqanları antiterrorizm və antiekstremizm strategiyasını dəyişdirərək ora qadınlara qarşı ayrı-seçkiliklə mübarizə tədbirlərini də daxil etmək istəyirlər.
Bu barədə Oxu.Az aif.ru-ya istinadən xəbər verir.
Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper ekstremizmlə mübarizə üzrə mövcud strategiyaya yenidən baxılmasını tapşırıb ki, bu da hökumət siyasətindəki mövcud çatışmazlıqları tez bir zamanda aradan qaldırmağa kömək edəcək.
Jurnalistlər qadınlara qarşı ayrıseçkiliyin nüfuzlu şəxslər tərəfindən internetdə yeniyetmələrə təbliğ edildiyini bildirir və hökumətin artan narahatlığını bununla əlaqələndirirlər.
Strategiyanın nəzərdən keçirilməsinin payızda başa çatdırılması gözlənilir. Yeni sənəd Daxili İşlər Nazirliyinin gələn ilin əvvəlində açıqlamağı planlaşdırdığı yeni ekstremizmə qarşı proqram üçün əsas olacaq.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Britaniyada maraqlı kolleksiya sikkəsi buraxıldı: "Böyük qardaş səni izləyir"
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
- Britaniyada qrip epidemiyası: Xəstəxanalar çökmək üzrədir
- Tramp Britaniyanın "çox böyük səhvini" açıqladı
- İngiltərədə tarixi kəşf: Dinozavr izlərinin olduğu ən böyük ərazi aşkarlandı
Rəylər