Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Britaniyada ürək xəstəliklərinə qarşı peyvənd hazırlanır
Qəfil ölümə səbəb olan genetik ürək xəstəliklərini müalicə edə bilən peyvənd bir neçə ildən sonra Böyük Britaniyada peyda ola bilər.
Beynəlxalq tədqiqatçılar qrupu qüsurlu genləri redaktə etmək üçün DNT-ni yenidən yazaraq irsi ürək əzələsi xəstəliklərini birdəfəlik yox edən vasitə hazırlayır. Onlar tədqiqatlarını maliyyələşdirmək üçün Britaniya Ürək Fondundan 30 milyon funt sterlinq alıblar.
Cəmi bir neçə ildən sonra eyni qüsurlu geni daşıyan ailə üzvlərində xəstəliyin qarşısını almaq üçün müalicəvi inyeksiyadan istifadə oluna biləcəyi bildirilir.
Qeyd olunur ki, hazırda Britaniyada hər həftə yaşı 35-dən aşağı olan 12 nəfər qeyri-müəyyən ürək xəstəliyindən ölür.
Mənbə: rossaprimavera.ru
Rəylər