Doğuşda iştirak edən britaniyalı ataların sayı getdikcə artır.
Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, British Pregnancy Advisory Service (BPAS) təşkilatının yeni tədqiqatlarının nəticəsinə görə, əgər 1960-cı illərdə yalnız hər 10 britaniyalı doğuş zamanı öz sevgilisinin yanında olmağa üstünlük verirdisə indi 95% britaniyalı doğuşda iştirak edir.
BPAS-dan olan Kler Merfinin fikrincə, müasir britaniyalılar öz sevgililərini doğuş palatasında dəstəkləməyə çalışırlar.
Nəşr xatırladır ki, 1960-cı illərə qədər gələcək atalar nadir hallarda uşaqlarının doğuşu zamanı otaqda olurdular. Amma 1962-c ildə ABŞ-da atanın iştirakının ananın doğuş zamanı sakitləşməsinə kömək olduğu bildirilən tədqiqatın nəticələri dərc edilib.