NATO-nun Avropada Silahlı qüvvələr birliyinin ali baş komandanının müavini Ser Aleksandr Riçard Şirreff yaxın illər ərzində Rusiya ilə başlaya biləcək nüvə müharibəsi barədə xəbərdarlıq edib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Britaniyalı generalın sözlərinə görə, Moskva Baltikyanı ölkələrə dair təcəvüzkar fikirdədir. Rusiyanın münaqişənin gərginləşməsinə və nüvə zərbələrinin mübadiləsinə gətirib çıxaracaq müdaxiləsinin qarşısını almaq üçün NATO Latviya, Litva və Estoniyada öz qruplaşmasını mütləq artırmalıdır.
Şirreff ehtimal edir ki, NATO-nun zəifliyindən əmin olan Moskva müdaxilə üçün Baltikada rusdilli azlıqların haqlarının tapdalandığını istifadə edə bilər.