İnternetdə sayca üçüncü olan daha bir video yayılıb, bu, “İslam dövləti” yaraqlılarının girov götürdükləri britaniyalı jurnalist Con Kentlinin əks olunduğu videoçarxdır.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, yeni videoçarx amerikalı prezident Barak Obamanın 2001-ci il 11 sentyabr Nyu-York hadisələrinin ildönümündə söylədiyi nitqinin tənqidinə həsr edilib.
Öncəki videoda jurnalist onu girov saxladıqlarını və həyatının təhlükədə olduğunu demişdi.
Əvvəlki videoda olduğu kimi Kentli bu dəfə də Kubada Quantanamo həbsxanasında məhbusların geyiminə bənzəyən, narıncı geyimdə masa arxasında oturub.
Con Kentli Suriyada ikinci dəfədir ki, girov düşür. İlk dəfə o Suriyada 2012-ci ildə girov düşmüşdü, amma Azad Suriya ordusunun inqilabçılarının yardımı ilə əsirlikdən qaçmağa müvəffəq olmuşdu.